Müdafiə Nazirliyi: Sursat və mərmilərin əlavə ehtiyatı yaradılır - FOTO - VİDEO
Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.
Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.
1news.az