SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlayıb

23:28 - 04 / 05 / 2016
SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlayıb

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 740 metr olan 26 nömrəli quyuda qazma işlərinə başlayıb.

1news.az-ın adıçəkilən quruma istinadən verdiyi xəbərə görə, quyunun qirməki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq. Yeni qazılan istismar quyusunun azimutu 320 dərəcə, inhirafı isə 204 metr təşkil edir.

SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi hədəfləyir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

1news.az

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər