“Gələcək nəsillərlə üz-üzə” 6 Ümumrespublika İnşa Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib – FOTO
Aprelin 29-da “Hyatt Regency Baku” otelində “Gələcək nəsillərlə üz-üzə” 6 Ümumrespublika İnşa Müsabiqəsinin finalçılarının mükafatlandırma mərasimi kecirilib.
Azərbaycan Futuroloqlar Cəmiyyətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan, orta məktəblərin IX-XI sinif şagirdləri, ali məktəb və orta ixitisas məktəbləri tələbələri arasında keçirilən “Gələcək nəsillərlə üz-üzə” sayca 6-ci Ümumrespublika İnşa Müsabiqəsidir.
İnşa yazıların mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 1253 namizəd arasından 15 nominasiya (qlobal çağırış) üzrə qaliblərin ümumi sayı (universitet, kolleclər tələbələri və tam orta məktəblərin şagirdləri ) : I yer- 29, II yer – 26 III yer – 25 orta məktəblər: I yer -14 şagird (qızlar-7, oğlanlar-7) II yer – 14 şagird (qızlar-9, oğlanlar-5) III yer-13 şagird (qızlar-10, oğlanlar-3) ali məktəblər və kolleclər I yer – 15 tələbə (qızlar– 6 , oğlanlar-9) II yer –12 (qızlar-5, oğlanlar-7) III yer-12 (qızlar-8, oğlanlar-4).
15 Qlobal Çağırış üzrə 29 finalçı birinci yerlərə layiq görülməklə müsabiqənin qalibləri kimi müəyyən ediliblər. Digər 26 finalçı müvafiq olaraq 15 mövzu üzrə müsabiqənin 2-ci və 25 finalçı 3-cü yerlərinə layiq görülüblər.
Şagird finalçıları sırasında Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Quba, Qax , Ucar, Şəmkir, Biləsuvar Mingəçevir, Yardımlı, Xızı və Hacıqabuldan olan qaliblər müvafiq yerlərə layiq görülüb.
Tələbə finalçıları içərisində Baki Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Qafqaz Universiteti, Azerbaycan Texniki Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Kompyuter Kolleci, Bakı Qida Sənayəsi Kollecindən olan tələbələr var.
Bu il “Gələcək nəsillərlə üz-üzə” 6-cı ümumrespubliika inşa müsabiqəsi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin 10 illiyi ilə üst-üstə düşüb. Mükafatlandırma mərasimində qaliblərlə yanaşı Azərbaycan Futuroloqlar Cəmiyyətinin ünvanına təbriklər yönəldirilib.
Minilliyin Lahiyyəsinin bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin 10 illik münasibəti ilə təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnoloqiyalar naziri Ramin Quluzadə, gənclər və idman naziri Azad Rəhimov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov təbriklərini çatdırıblar.
Bununla yanaşı Minilliyin Lahiyyəsinin direktoru Jerom Glenn və Minilliyin Lahiyyəsinin Rusiya, ABŞ, Kanada, Cənubi Afrika Respublikası və Sloveniya bölmə rəhbərlərinin video-təbrikləri səsləndirilib.
Mərasimdə hörmətli qonaqlar arasında “Minilliyin Layihəsinin Meksika bölməsinin sədri xanım Konsepsion Olavarrieta da olub. O “Gələcək nəsillərlə üz-üzə” 6 Ümumrespublika İnşa Müsabiqəsinin finalçılarının mükafatlandırma mərasimində iştirak edib.
Onu da bildirək ki, Müsabiqənin rəsmi internet saytı olan www.galacaknasillar.az saytında müsabiqə ilə ətraflı tanış ola bilərsiniz.
1news.az