Separatçıların müstəqilliyini qəbul etməklə Ermənistan özünü hərbi-siyasi fəlakətə sürükləyəcək - Moskvadan baxış | 1news.az | Xəbərlər
Siyasət

Separatçıların müstəqilliyini qəbul etməklə Ermənistan özünü hərbi-siyasi fəlakətə sürükləyəcək - Moskvadan baxış

13:55 - 10 / 05 / 2016
Separatçıların müstəqilliyini qəbul etməklə Ermənistan özünü hərbi-siyasi fəlakətə sürükləyəcək - Moskvadan baxış

Bu günlərdə erməni KİV-in yaydığı məlumata görə, Ermənistan hökuməti növbəti toplantısı zamanı “Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında” (əslində İravan tərəfindən idarə olunan marionet, erməni separatçılarının rejimindən söhbən gedir) qanun layihəsini təsdiq edib.

Doğrudur, bundan həmən sonra heç bir təsdiqin olmadığı haqqında cəsarətsiz məlumatlar yayıldı.

Buna baxmayaraq, qanun layihəsinin müəllifləri deyəsən ciddi şəkildə onu parlamentin müzakirəsinə çıxrmağa hazırlaşır, burada lehinə, yaxud əleyhinə qərar qəbul olunmalıdır.

Layihənin perspektivləri və təsdiq olunacağı təqdirdə ortaya çıxa bilən nəticələr haqqında 1news.az-a müsahibəsində rusiyalı ekspert Dmitriy Verxoturov fikrini ifadə edib.

Mövzu ilə əlaqədar oxuyun:

Sarkisyanın suqsvanqı: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı qanun layihəsinin böyük yanlış olması haqqında

“Ermənistan tərəfindən qondarma DQR-in tanınbması yalnız ilk “erməni baxışında” problemin həlli ola bilər. Əslində isə bu yalnız məsələni mürəkkəbləşdirər və Azərbaycana müharibəyə başlamaqdan başqa heç bir çıxış yolu qoymaz”,- D. Verxoturov bildirib.

Onun sözlərinə görə, bu addımın ən kəskin siyasi nəticəsi odur ki, Ermənistan uzun müddət boyun qaçıdığı qarabağ epopeyasında iştirakını rəsmi şəkildə təsdiq edəcək.

“Bundan öncə daha rahat bir halda Ermənistana addımı atmağa nə mane olurdu? O mane olurdu ki, Ermənistan guya ona dolayısıyla aidiyyatı olan “arsax xalqının” müqəddəratını təyin etmə vəziyyətinin nə ifadə edəcəyini təxmin edirdi. Bəli sanki orada da ermənilər yaşayır, amma onlar fərqli “arsax xalqıdır”. Bununla yanaşı Ermənistanda hökm sürən əhval ruhiyyəyə görə Qarabaq Ermənistanın bir hissəsi hesab olunur və onun nə zamansa Ermənistana birləşəcəyi fikirləri dolaşırdı. Əgər “qarabağ epopeyası”nın ümumi nəticələrindən danışsaq görürük ki, ermənilərin yeganə məqsədi  Qarabağı Ermənistana birləşdirmək olduğunu görəcəyik.

Hətta təkcə Ermənistan tərəfindən tanınan dövlət olsa belə Qarabağ de-fakto Ermənistanın bir hissəsi olacaq, cünki yalnız onunla əlaqə saxlaması mümkündür”,- deyə ekspert bildirib.

Analitik əminliklə bildirir ki, “arsax erməniləri” ilə bağlı maskarad yalnız o məqsədlə yaradılıb ki, qarabağ epopeyasında ermənilərin rolu gizlədilsin.

“Bunu sübut edən faktlar yetəincə çoxdur. Keçmiş Qarabağ yaraqlısı, Sarksyan özü daxil olmaqla indi Ermənistanda hakimiyyətdədir. Ermənistandan Qarabağa könüllülər, hərbi qüvvə və texnika gönərilir (cünki aprel döyüşlərindən aydın görünür ki, silah və tankı Qarabağ özü ala bilməz), - ekspert fikrini bildirib.

Onun qiymətləndirməsinə görə, ermənistan ordusu və erməni separatçıları arasında fərq o qədər azdır ki, KİV onları beləcə erməni ordusu adlandırır.

“Bu faktın Ermənistan tərəfindən rəsmi təsdiqi yox idi.  Bu çox ciddi məsələdir. BMT Baş Assambleyasının 3314 saylı 3-cü qətnaməsində belə bir bölmə var. (14 dekanr 1974):  Dövlət tərəfindən yaxud onun adından müəyyən qrup, güc və ya muzdlu əsgərlərin başqa dövlətə qarşı silahdan istrifadə etməsi onun  istifadə etməsinə uyğundur”. Qətnamədə qeyd olunan fakt, məsələn, başqa dövlətə qarşı silahdan istifadə hərbi təcavüz, başqa dövlətin ərazisini zəbt etmək kimi qiymətləndirilir. Ona görə də Ermənistan Qarabağdakı rəsmi rolundan imtina edirdi. Belə ki, Ermənistana gələn könüllülər və silahlıların Ermənistandan verilən əmrlə göndərildiyi, yaxud onların erməni ordusunun hərbçiləri olduğu rəsmi şəkildə təsdiqlənərsə Ermənistan Azərbaycan ərazilərinə qarşı təcavüz etdiyi də inkar oluna bilməz”,- rusiyalı ekspert bildirib.

D.Verxoturovun fikrincə, Ermənistanın qondarma “DQR”-i tanıması ilə hər kəs,  dünya ictimaiyyəti onu təcavüzkar kimi qəbul edəcək.

“Bu balanslaşdırma çox həssas məqamdadır və o, Cənubi Qafqazdakı bütün siyasi vəziyyəti alt-üst edə bilər. Faktiki olaraq Rusiya və bütövlükdə KTMT bloku Azərbaycana qarşı təcavüz məsələsinə qarışmış olacaq. Bəs buna necə reaksiya vermək oar? Bu səbəbdən Rusiya məsələni ürəkaçan olmasa da, ən azı sülh yolu ilə, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasında kompromisə gəlməklə həll etməyə çalışır”- deüyə ekkspert bildirib.

Eyni zamanda politoloq hesab edir ki, bu variant mübahisəsiz deyil, lakin faciəvi xarakter daşımır.

“Ermənistan höküməti bu planları poza bilər. Əgər Ermənistan qandarma Qarabağ Respublikasını təsdiq etmək istiqamətində addım atıb, özünü aqressor hesab etməyə imkan verərsə, Rusiyanın manevr üçün imkanı qalmayacaq və qəti tədbirlərə əl atmalı olacaq. O zaman Rusiyaya  Azərbaycanın tərəfində dayanıb Ermənistanı KTMT blokundan çıxarmaq lazım gələcək ki, siyasi simasını itirməsin. Həmçinin Qarabağın dərhal qaytarılması tələb olunacaq. Əgər bu addım atılmasa Azərbaycan itiriləcək. Bu isə Rusiyanın cənub cinahında srtateji vəziyyətinin kəskin pisləşməsi mənasını daşıyır.

Uzun müddət Azərbaycanın iştirakı ilə əldə olunan bütün Xəzər siyasəti məhv olacaq.

Azərbaycan o vaxt TransXəzər qaz layihəsinə “hə” deyəcək və Avropa İttifaqının Mərkəzi Asiyaya daxil olaraq orada özünü güclü təsir dairəsinin yaradılmasına imkan verəcək. Perspektivdə bu ümumiyyətlə KTMT blokunun dağılması mənasını daşıyır. Təbii ki, Qarabağ uğrunda ildırım sürətli müharibə bu proqramın əsas hissəsi olacaq. Erməni ambisiyalarının qane edilməsi heç də bu hərbi-siyasi faciəni kompensasiya etməyəcək”,- ekspert bildirib.

Onun qiymətləndirməsinə görə, bu səbəbdən Cənubi Qafqaz və Mərkəzi Asiyada irimiqyaslı hərbi-siyasi faciə və erməniləri kənara atmaq arasında seçim olarsa, Rusiya üçün ikinci variantı seçmək münasibdir.

“Bunun zərəri daha azdır, əslində ermənilər özü də Rusiyadan başqa hara gedə bilər.Əgər erməni tərəfi bununla razı deyilsə, o zaman Türkiyə ilə təkbaşına üz-üzə durmalı olacaq. Qarabağ məsələsini Rusiya yaratmayıb, o ,sadəcə 25 ildir onun müharibəsiz sülh yolu ilə qan tökülmədən həll olunmasına çalışır. Bu vaxta qədər göstərilən bütün səylərin boşuna getməsi çox təəssüf təəssüfedici hal ola bilər.

1news.az

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər