Keçən ay fərdi uçot sistemində qeydiyyatda olanların sayı 14 min nəfərdən çox artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən ay fərdi uçot sistemində qeydiyyatda olanların sayı 14 min nəfərdən çox artıb

14:27 - 11 / 05 / 2016
Keçən ay fərdi uçot sistemində qeydiyyatda olanların sayı 14 min nəfərdən çox artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi vətəndaşlar tərəfindən gələcək etibarlı pensiya təminatı məqsədilə öz fərdi hesablarına pensiya kapitalının toplanmasını təmin edir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı getdikcə artmaqdadır. 2016-cı ilin aprel ayında bu artım 14 166 nəfər təşkil edib və fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 240 157 nəfərə çatıb. 

Həmin sığortaolunanların 674 681 nəfəri (20,82 faiz) 30 yaşa qədər, 816 325 nəfəri (25,20 faiz) 30-40 yaşlarında, 654 814 nəfəri (20,21 faiz) 40-50 yaş, 685 322 nəfəri (21,15 faiz) 50-60 yaş aralığında olan vətəndaşlardır. Digərləri 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir. 

Ölkəmizdə mütərəqqi beynəlxalq standartlara uyğun şəkildə qurulmuş  müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemində fərdi hesabı açılanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 990 nəfər çoxalıb.

1news.az

 

Paylaş:
628

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər