ARDNF-in icraçı direktoru Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

ARDNF-in icraçı direktoru Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşüb

19:54 - 11 / 05 / 2016
ARDNF-in icraçı direktoru Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransa Sahibkarlar Təşkilatının (MEDEF) biznes şurasının prezidenti və SUEZ qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

1news.az  APA-ya istinadən ARDNF-dən verilən məlumata görə, Ş. Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, ARDNF-nin bu ölkədəki investisiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər