Şarm Əl-Şeyx-Bakı aviareysi barədə qərar yaxın günlərdə rəsmən elan olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şarm Əl-Şeyx-Bakı aviareysi barədə qərar yaxın günlərdə rəsmən elan olunacaq

20:10 - 11 / 05 / 2016
Şarm Əl-Şeyx-Bakı aviareysi barədə qərar yaxın günlərdə rəsmən elan olunacaq

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh müsahibəsində deyib.

Onun sözlərinə görə, mayın 15-də Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri Bakıya işgüzar səfərə gələcək. 4 gün davam edəcək səfər çərçivəsində hər iki ölkənin turizminin inkişafına dair görüşlər keçiriləcək və Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması barədə rəsmən elan olunacaq.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər