Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret və telefon keçirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret və telefon keçirilməsinin qarşısı alınıb – FOTO

13:00 - 11 / 05 / 2016
Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret və telefon keçirilməsinin qarşısı alınıb – FOTO

Qanunsuz yolla külli miqdarda siqareti və telefonu sərhəddən keçirmək istəyən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında “Qoşa Təpə” gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin kabinəsində arxa yataq yerinin üzərindəki döşəyin altından 20.000 ədəd “MM” adlı siqaret, eləcə də 63 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
592

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər