“TransCaspian-2016” sərgisində Azərbaycan Dəmir Yollarının stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“TransCaspian-2016” sərgisində Azərbaycan Dəmir Yollarının stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır

17:48 - 12 / 05 / 2016
“TransCaspian-2016” sərgisində Azərbaycan Dəmir Yollarının stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır

Bu il özünün 15 illik yubileyini qeyd edən “TransCaspian-2016” sərgisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “ADY Express” operator şirkətinin pavilyonlarında nümayiş olunan yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılanır.

1news.az “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, bu sərgi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib.

N.Əzməmmədovun sözlərinə görə, hal-hazırda, Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu”, multimodal “Vikinq” layihəsi və “Bakı-Tbilisi-Qars” kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templərlə həyata keçirilir. Bu cür perspektivlər sərginin aktuallığını artırmaqla yanaşı, istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin tədbirə daha yaxından maraq göstərmələrinə kömək edir.

“TransCaspian-2016” sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.

1news.az

Paylaş:
341

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər