FHN-in əməkdaşları qəza nəticəsində maşında sıxılıb qalan şəxsi xilas ediblər
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Ford” və “KamAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş, məlum olmuşdur ki, “Ford” markalı avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
1news.az
658