Gələn həftə 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn həftə 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq

11:03 - 12 / 05 / 2016
Gələn həftə 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.

1news.az-ın məlumatına görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası mayın 18-də saat 10:00-dan 14:00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 15:00-dan 19:00-dək Zaqatala rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 19-da saat 9:00-dan 13:00-dək Qax rayon ƏSMM-nin və saat 14:00-dan 19:00-dək Şəki Əlillərin Regional Bərpa Mərkəzində müvafiq şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mayın 20-də isə saat 9:00-dan 13:00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və 14:00-dan 18:00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında həmin rayonlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.  

Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata götürülmüş vətəndaşlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər