Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanılıb – FOTO – VİDEO

13:30 - 13 / 05 / 2016
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanılıb – FOTO – VİDEO

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlanılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, uzun müddətdir ki, əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərin olduğu yolun uzunluğu 23 kilometr, mövcud eni 6-7 metrdir.

Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 metrə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.

2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.

Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.

 

1news.az

 

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər