Bəzi şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsini bağlamaq istədilər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsini bağlamaq istədilər – FOTO

15:55 - 13 / 05 / 2016
Bəzi şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsini bağlamaq istədilər – FOTO

Bu gün bir qrup şəxs “Sınıq Körpü” gömrük keçid məntəqəsini bağlamağa cəhd göstərib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, mayın 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstan Respublikasına səyahət edən həmsərhəd  rayonların bir qrup sakini  Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda  özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib.  

Gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da  həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalşıblar.

Vəzifə borcunu yerinə yetrirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də  mane olmağa çalışıblar.

Tövuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub.

Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər