Şekspirin anadan olmasının 450-ci ildönümü şərəfinə xalça dizaynı müsabiqəsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şekspirin anadan olmasının 450-ci ildönümü şərəfinə xalça dizaynı müsabiqəsi keçiriləcək

12:38 - 13 / 05 / 2016
Şekspirin anadan olmasının 450-ci ildönümü şərəfinə xalça dizaynı müsabiqəsi keçiriləcək

British Council Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə Şekspirin 450-ci ildönümü şərəfinə keçirilən "Azərbaycan Şekspir Xalçası" müsabiqəsini böyük qürurla elan edir.

1news.az-a British Council-un mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə Şekspirin şərəfinə, dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilib.

Bütün media nümayəndələrini "Azərbaycan Şekspir Xalçası" müsabiqəsinin rəsmi açılışına həsr olunmuş mətbuat konfransına dəvətlidir.

Tədbir 18 may 2016 tarixində saat 11:00-da Azərbaycan Xalça Muzeyində baş tutacaq (ünvan M.Hüseynov küç 28, Milli Dənizkənarı Park).

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər