“Formula-1” yarışı ilə əlaqədar mayın 14-dən 15-dək paytaxtda daha bir yol bağlı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1” yarışı ilə əlaqədar mayın 14-dən 15-dək paytaxtda daha bir yol bağlı olacaq

20:01 - 14 / 05 / 2016
“Formula-1” yarışı ilə əlaqədar mayın 14-dən 15-dək paytaxtda daha bir yol bağlı olacaq

“Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 17-19-da keçiriləcək bu mötəbər yarışla bağlı hazırlıq işlərini davam etdirir.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, hazırda Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-də saat 20:00-dan etibarən mayın 15-də səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Əməliyyat şirkəti şəhər sakinlərindən xahiş edir ki, iş prosesi ərzində bu küçədə avtomobillərini saxlamasınlar. Əks halda işin gedişinə mane olan avtomobillər Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaq.

Bakı şəhər halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər