Yardımlıda şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal atasına təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal atasına təqdim olunub - FOTO

00:22 - 14 / 05 / 2016
Yardımlıda şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal atasına təqdim olunub - FOTO

Silahlı Qüvvələrimizin şəhid olmuş əsgəri Nurəddin Etimad oğlu Mirzəyevin ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ailə üzvlərinə təqdim edilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu münasibətlə şəhidin  doğulduğu Yardımlı rayonunun Honuba kəndində rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ağsaqqalların, gənclərin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Azər Xamiyev  çıxış edərək son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. O, Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyini deyərək son aylar cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını diqqətə çatdırıb.

Sonra şəhid N.Mirzəyevin layiq görüldüyü medal onun atasına təqdim olunub.

Şəhidin atası Etimad Mirzəyev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib

Sonda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun 1996-cı il təvəllüdlü əsgəri Nürəddin Etimad oğlu Mirzəyev aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. O, aprelin 4-də doğulduğu Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

1news.az

Paylaş:
899

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər