Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub - FOTO
Mayın 15-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənın milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.
İsmət Yılmaz Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib.
Nazirlər regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib.