Ukrayna “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi olub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Ukrayna “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi olub - FOTO

11:20 - 15 / 05 / 2016
Ukrayna “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi olub - FOTO

İsveçin paytaxtı Stokholmun “Qlobe” arenasında “Eurovision 2016” mahnı müsabiqəsinin final konserti olub.

Əvvəlcə iştirakçı ölkənin təmsilçiləri xüsusi şou ilə səhnəyə dəvət olunublar. Sonra möhtəşəm şou nümayiş etdirilib. Təqdim olunan hər bir ölkənin videoçarxında “Bir araya gələk” şüarı əsas götürülüb.

“Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il bu müsabiqədə qalib olmuş Mans Zelmerlov bu mötəbər layihənin tamaşaçılarını salamlayaraq iştirakçılara uğurlar arzulayıblar.

İyirmi altı ölkənin iştirakı ilə keçirilən final şousunda Azərbaycan təmsilçisi Səmra Rəhimli dördüncü nömrə altında çıxış edib.

Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb. Həmin müddət ərzində səhnədə dünya eləcə də “Eurovision” ulduzlarının maraqlı şousu təqdim olunub. Dünya şöhrətli müğənni, “Qremmi” mükafatı laureatı Justin Timberleyk çıxışı böyük coşqu ilə qarşılanıb. “Junior Eurovision” mahnı müsabiqəsinin ötənilki qalibi maltalı Destini və 2012-ci ildə qalibi olan Norveçdən Aleksandr Ribak da səhnənin qonağı olublar.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs veriblər. Daha sonra tamaşaçılara səs vermə imkanı verilib. Əvvəlcə hər bir ölkədən münsiflər heyətinin təqdim etdiyi on iki xalın sahibi açıqlanıb. Tamaşaçıların da səsvermə nəticələri əlavə olunduqdan sonra qalib müəyyənləşib.

Azərbaycandan 12 səs Rusiyaya verilib. İştirakçı ölkələrin və tamaşaçıların əksəriyyətinin ən yüksək hesab olunan səsləri Ukrayna təmsilçisi Camalaya verməsi təbii qarşılanıb. Çünki müsabiqənin ilk günlərindən çoxları məhz onu favorit hesab edirdi.

Beləliklə, ümumi səsvermənin yekununda Ukrayna təmsilçisi 534 səs toplayaraq müsabiqənin birincisi olub. 511 səslə Avstriya ikinci, Rusiya isə 490 səslə üçüncü yerləri tutublar. Azərbaycan təmsilçisi 117 səslə on yeddinci yerdə qərarlaşıb.

Müsabiqənin ənənəsinə uyğun olaraq, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ifasını təkrarlayıb. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilib.

Daha sonra qalib ölkənin təmsilçisi “Qlobe” arenanın Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıb. Qalib müğənni “Eurovision 2016” mahnı müsabiqəsinin təşkilatçılarına təşəkkürünü bildirib, dünyaya sülh və sevgi arzu edib.

İsveçin ev sahibliyi etdiyi “Eurovision 2016” mahnı müsabiqəsinin bütün şouları 50-yə yaxın ölkədə birbaşa yayımlanıb.

Paylaş:
969

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər