Bakıda qadın sürücü qadın piyadanı vuraraq qaçıb
Bakıda qadın sürücü yolu keçən piyadanı vuraraq hadisə yerindən qaçıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 15:00 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Lətafət İbrahimova vurulub. L.İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov polisi tərəfindən hadisənin “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəna Osmanova tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
446