Möhsün Pakayin: “Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər”
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək.
1news.az Trend-ə istinadəın xəbər verir ki, bunu İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.
"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.
Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.
1news.az
635