Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib

11:12 - 16 / 05 / 2016
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib

Azərbaycan DİN-m strukturunda növbəti kadr dəyişikliyi baş verib.

1news.az-a DİN-dən verilən məlumata görə,  Ucar rayonu polis bölməsinin rəisi Adil Ələkbərov, Zaqatala rayon polis bölməsinin rəisi Arif Babayev, Yardımlı rayonu polis bölməsinin rəisi Nadir Məmməv və Qəbələ rayon polis bölməsinin rəisi Etibar Abdiyev tutduqları vəzifədən azad edilib.

Daxili işlər naziri Ramıl Usubovun müvafiq qərarı ilə A.Ələkbərov, A.Babayev, N.Məmmədov, E.Abdiyev , Zaqatala, Yardımlı, Qəbələ və Ucar  rayonlarına polis rəisi vəzifəinə qəbul olunub.

Xatırladaq ki, hüquq mühafizə orqanlarında kadrların rotasiyası prinsipindən istifadə olunur. Buna uyğun olaraq müəyyən zamandan sonra əməkdaşlar tutduğu vəzifədən azad edilir və başqa işə keçirilirlər.   

1news.az

Paylaş:
1208

Son xəbərlər

Bütün xəbərlər