Səyyar ASAN xidmət Salyan, Qəbələ, Masallı və Xaçmazda | 1news.az | Xəbərlər
Cəmiyyət

Səyyar ASAN xidmət Salyan, Qəbələ, Masallı və Xaçmazda

11:56 - 16 / 05 / 2016
Səyyar ASAN xidmət  Salyan, Qəbələ, Masallı və Xaçmazda

Bu gündən başlayaraq Səyyar ASAN xidmət Salyan, Qəbələ, Masallı və Xaçmazda  rayonlarında vətəndaşlara xidmət göstərməyə başlayacaq.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Məlumata görə, Səyyar ASAN xidmət 16 – 30 may tarixlərində Salyan şəhərində, 16 may – 14 iyun tarixlərində isə Qəbələ, Masallı, Xaçmaz şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər