Natiq Əliyevin: "Bakı-Supsa Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyevin: "Bakı-Supsa Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi"

12:24 - 16 / 05 / 2016
Natiq Əliyevin: "Bakı-Supsa Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi"

"Bakı-Supsa Şərq-Qərb enerji dəhlizinin baza elementi olmaqla yanaşı, həm də, Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi".

1news.az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Nazir bildirib ki, Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəməri ilə 76,3 mln. ton neft nəql olunub:

"Təbii ki, iqtisadi mənfəət də  ixrac həcminin  artmasına düz mütənasib olaraq artmışdır. Amma Bakı-Supsanın əhəmiyyətini yalnız maliyyə-iqtisadi göstəricilərlə müəyyənləşdirmək, zənnimizcə, onun missiyasını kiçiltmiş olardı. Azərbaycan və Gürcüstan nümunəsində bölgədə iki müstəqil dövlətin bu günə qədər qorunaraq daha da inkişaf etdirilən dostluq, strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoydu. Bu xətt Şərq-Qərb dəhlizinin təməl daşı olacaq və bütün Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəkdir. Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmər oldu. Bakı-Supsa layihəsi ilə yaradılan Şərq-Qərb dəhlizinin sonradan transmilli layihələrlə genişləndirilməsi isə enerji resurslarının dünya bazarlarına təhlükəsiz marşrutlarla çatdırılmasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi", - deyə N. Əliyev qeyd edib.

1news.az

Paylaş:
400

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər