Qeyri-qanuni balıq ovuna dair beynəlxalq saziş iyun ayında qüvvəyə minəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-qanuni balıq ovuna dair beynəlxalq saziş iyun ayında qüvvəyə minəcək

17:44 - 17 / 05 / 2016
Qeyri-qanuni balıq ovuna dair beynəlxalq saziş iyun ayında qüvvəyə minəcək

İyunun 5-də qeyri-qanuni balıq ovuna dair ilk beynəlxalq saziş qüvvəyə minəcək.

1news.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) xatırladılıb. FAO-nun baş direktoru Joze Qratsiano da Silva deyib: “Bu sənəd qeyri-qanuni ovçuluğa qarşı mübarizədə yeni dövrün başlanğıcıdır. Saziş vicdansız balıqçıları bazarlara çıxışdan məhrum edərək balıq sənayesinin möhkəmlənməsinə kömək edəcək, balıq məhsulları tədarükünün bütün mərhələləri üçün müstəsna hüququ təmin edəcək”.

Sazişə əsasən nəzarət prosesini sadələşdirmək məqsədilə ölkələr xarici gəmilər üçün müəyyən limanlar ayırmalıdır. Bu gəmilərin komandaları limana yan almaq üçün əvvəlcədən icazə almalı, yerli hökumət orqanlarına balıq ovuna dair sənəd təqdim etməli, habelə bort jurnalının, lisenziyaların, balıqovlama ləvazimatının və yükün yoxlanmasına mane olmamalıdır.

Saziş Avropa İttifaqı, ABŞ və Norveç daxil olmaqla 29 ölkə tərəfindən imzalanıb. Dünyada balıq idxalının 62 faizi, ixracının isə 49 faizi sənədi imzalayan ölkələrin payına düşür.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər