Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək

14:59 - 18 / 05 / 2016
Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək

Bu il 30 may tarixindən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaz sessiyası başlayacaq.

1news.az-ın məlumatına görə, imtahan sessiyasında biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə akademiyanın tarixində ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək.

Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında son İKT tələblərinə uyğun avadanlıq, proqram təminatı və yüksəksürətli internet xətti ilə təmin edilmiş xüsusi auditoriya yaradılıb. Bununla yanaşı, bütün fənnlər üzrə sual bankı hazırlanıb.

Tələbələrin imtahana hazırlığını təmin etmək üçün hal-hazırda onlayn test formatında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında bütün tələbələr iştirak edirlər.

Qeyd edək ki, sessiya zamanı imtahanların şəffaf və qərəzsiz keçilməsinə əmin olmaq üçün tələbələrin valideynləri də bütün imtahan prosesini müşahidə etmək imkanını əldə edəcəklər.

1news.az

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər