Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda İsrailin Azərbaycandakı səfiri Dan Stav mayın 18-də jurnalistlərlə keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Onun sözlərinə görə, İsrail Misir və İordaniya ilə dünya səviyyəsində münaqişəni həll etməklə bağlı təcrübəsinə əsaslanaraq bütün münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyir.
Səfir həmçinin Azərbaycanla İsrail arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib:
“Münasibətlərimiz bütün istiqamətlərdə inkişaf edir. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən indiyədək İsrail onun dostudur. Həmçinin Azərbaycan etnik və dini qrupların birgə yaşayışı nöqteyi-nəzərindən dünya nümunəsidir”.
1news.az