“Avtovağzal” metro stansiyasının keçidinə su sızıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Avtovağzal” metro stansiyasının keçidinə su sızıb

21:20 - 18 / 05 / 2016
“Avtovağzal” metro stansiyasının keçidinə su sızıb

Bakı Metropoliteni "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızıb.

1news.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sızma faktını təsdiqləyib və tezliklə problemin aradan qaldırılacağını deyib:

"Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq "Azərsu" ASC-nin kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur. Böyük axıntı yoxdur. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq”.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər