ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü doğru istiqamətdə atılan addımdır” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü doğru istiqamətdə atılan addımdır”

11:56 - 18 / 05 / 2016
ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü doğru istiqamətdə atılan addımdır”

ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycan və Ermənistan liderlərinin Vyana şəhərində keçirilən görüşü doğru addımdır.

“ Bu doğru istiqamətdə atılan pozitiv addımdır. Bu gün tərəflər danışılan məsələlərin həyata keçirilməsi üçün əlindən gələni etməlidir”,- deyə Dövlət Departamentinin mətbuat katibi Con Kirbi gündəlik brifinq zamanı bildirib.

O, qeyd edib ki, prezident İlham Əliyev və Serj Sarkisyan atəşkəsin qohunması, etimadın əldə olunması üçün mühüm tədbirlərin həyata keçirilməsi öhdəliyinə hörmətlə yanaşacaqlarını, həmçinin iyun ayında Dağlıq Qarabağ münaqişəsinin tamhəcmli həllinə gətirəcək danışıqlara başlayacaqlarını bildiriblər.

“Onlar ( prezidentlər) status-kvonun aradan qaldırılması və regiondakı əhalinin xeyrinə addım atmaq üçün iradə nümayiş etdirib”, - C.Kirbi qeyd edib.

ABŞ Dövlət Katibi Con Kerriyə istinadən o, bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında vasitəçilik etmək üçün maksimum səy göstərəcək.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 16 may tarixində Vyanada baş tutub. Görüşdə ATƏT-in Mİnsk qrupunun həmsədrləri, həmçinin Rusiya, Fransa, ABŞ  XİN rəhbərləri iştirak edib. Bu aprel ayında Dağlıq Qarabağda  baş verən gərginlidən sonra ilk görüş idi.

Mövzu ilə əlaqədar oxuya bilərsiniz:

Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar.

Elmar Məmmədyarov: “Vyana görüşü münaqişənin həllinə dair substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər