İlham Əliyev Fransa və Misir prezidentlərinə başsağlığı məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın dövlət başçısı Fransua Ollanda başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda bildirilir:
“Hörmətli cənab Prezident,
“Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib.
Məktubda bildirilir:
“Hörmətli cənab Prezident,
“EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
1news.az