Şamaxıda zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda zəlzələ olub

09:38 - 19 / 05 / 2016
Şamaxıda zəlzələ olub

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 19 may tarixində, Bakı vaxtı ilə saat 02:44-də Pirquludan 22 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrdə 3.0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.

1news.az

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər