İndoneziya mətbəxi ilə tanışlıq... “Nasi Kuning” sarı düyü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İndoneziya mətbəxi ilə tanışlıq... “Nasi Kuning” sarı düyü – FOTO

10:00 - 19 / 05 / 2016
İndoneziya mətbəxi ilə tanışlıq... “Nasi Kuning” sarı düyü – FOTO

1news.az İndoneziya səfirliyinin dəstəyi ilə oxucuları İndoneziya mətbəxinin ən dadlı təamları ilə tanış edir. Bu gün İndoneziya mətbəxinə xas sarı düyüdən bəhs edəcəyik.

Bu həftə İndoneziyanın Bakıdakı səfirliyi 19-21 may tarixlərində keçiriləcək 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinə qoşulacaq.

İndoneziya mətbəxi haqqında daha çox məlumat əldə etmək üçün sizə İndoneziyanın ən məşhur yeməklərindən birini təqdum edirik.

Bu, asan hazırlanma qaydası olan Nasi Kuningdir.

Nasi Kuning və ya Sarı düyü konus formasında düzəldilən İndoneziya yeməyidir. Toyuq qızartması (ayam goreng), kartof yumrusu (perkedel kentang), aromalı kakosla qarışdırılmış tərəvəzlərdən hazırlanmış Yavaya məxsus salat (urap-urap), nazik doğranmış yumurta omleti (dadar rawis), qızardılmış tempeh və dilimlənmiş xiyar, gül formasında düzəldilən bibər və kərəvizin müşayiəti ilə qızıl qalaq kimi düzəldilən yeməkdir.

Sarı düyü adətən tədbirlərdə, ziyafətlərdə, açılış mərasimlərində, xüsusilə də Yava adasında uğur, əmin-amanlıq və ləyaqət rəmzi olaraq bişirilir. Konusun hündürlüyü Allahın ucalığının, konus ətrafında olan yeməklər təbiətin bolluğunun rəmzidir. Sarı çalar isə zənginlik və yüksək əxlaqı təmsil edir.

Düyünün sarı olması üçün sarıkökdən istifadə olunur. İndoneziyalılar ziyafət günlərindən başqa müntəzəm olaraq  gündəlik düyü yedikləri üçün artıq indoneziyalıar Nasi Kuning-i səhər yeməyində və ev menyusunda da istifadə edirlər. Demək olar ki, indi daha çox səhər vaxtı ənənəvi marketlərdə satılır və ya düyü bişiricinin köməyi ilə evdə də hazırlanılır.

İndoneziya Sarı Düyüsünün sadə versiyası

Resept 4 nəfərlikdir.

Tərkibi:

- 5sm-lik təzə sarıkök, soyulmuş və üyüdülmüş ( bəzi hallarda sarıkökün toz halında olanından da istifadə etmək olar)

- 2 stəkan kakos südü

- 2 stəkan su

- 1 ədəd salam  yarpağı ( bəzən dəfnə yarpağı da istifadə etmək olar)

- 2 ədəd limon yarpağı

- 1 lemongrass, əzilmiş və 2 xörək qaşığı toz halına salınmış

- 1 çay qaşığı duz

Hazırlanması:

Düyünü yuyuruq və ələkdə və ya süzgəcdə quruduruq. Sarıkökü ¼  stəkan su ilə blenderə tökürük və qarışdırırıq. Süzgəcdən şirəsi çıxana qədər keçiririk. 2 xörək qaşığı qədər bu şirədən götürürük. Əgər təzə sarıkökdən alınmasa, 2 çay qaşığı sarıkök tozunu 2 xörək qaşığı su ilə qarışdırırıq. Düyünü, sarıkök suyunu və digər inqredientləri qazana tökürük. Və orta istilikdə qaynadırıq. Qarışdırırıq, istiliyi aşağı temperatura  endiririk və düyü bişənə qədər gözləyirik. Süfrəyə verməzdən əvvəl bütün yarpaqları götürürük. Qızardılmış toyuqla, kartof yumrusu və təzə xiyarla süfrəyə veririk.

Köməkçi göstərişlər:

Əgər düyü çox quru olarsa, dənlər yumşalmazdan və şişməzdən əvvəl bir qədər su töküb bişirməyə davam edin. Düyü bişiricisi olarsa asanlıqla düyünü, sarıkökü və digər inqredientləri bişiriciyə tökərək bişirə bilərsiniz. Bişmə zamanı qarışdırıb yenə də bişirməyə davam edin. Adətən 20 dəqiqədən sonra düyü hazır olur.

Nuş olsun!

Paylaş:
1790

Son xəbərlər

Bütün xəbərlər