Poçt bağlamasında narkotik vasitə aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Poçt bağlamasında narkotik vasitə aşkar edildi

11:33 - 19 / 05 / 2016
Poçt bağlamasında narkotik vasitə aşkar edildi

Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib.

1news.az-ın məlumatına görə, eyni gündə  eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan digər  bir bağlamadan  isə gömrük nəzarəti zamanı  toz halında maddə aşkar olunub.   

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin  ekspert arayışına əsasən  bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən  psixotrop maddə olan MDA (tenamfetamin)dir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan Respublikası vətəndaşı  müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər