Gəncədə ağır qəza: 1 nəfər ölüb, 6 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ağır qəza: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

14:50 - 20 / 05 / 2016
Gəncədə ağır qəza: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 23:00 radələrində qeydə alınıb.

Belə ki, şəhər sakini Surac Abdullayev idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az
 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər