Azərbaycanla Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında qanun təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında qanun təsdiq edilib

22:36 - 20 / 05 / 2016
Azərbaycanla Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında qanun təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin”.

1news.az

 

Paylaş:
1275

Son xəbərlər

Bütün xəbərlər