Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır

11:43 - 20 / 05 / 2016
Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması səbəblərini təhqiq edən komissiyası hazırda aviaqəzanın baş verdiyi yerdədir.

1news.az-a Dövlət Administrasiyasından məlumat verilib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun başçılıq etdiyi komissiya Əfqanıstan mülki aviasiya xidmətinin nümayəndələri ilə birlikdə hadisənin təfsilatını öyrənir.

Komissiya həm də həlak olmuş pilotların cəsədlərinin vətənə çatdırılması məsələsi ilə məşğul olur.

Xatırladaq ki, aviaqəza mayın 18-də yerli vaxtla saat 14:30 radələrində Əfqanıstanın Dvayer aeroportunda baş verib. An-12 təyyarəsi havaya qalxarkən maneə ilə toqquşub və qəzaya uğrayıb.

Təyyarə Əfqanıstanın daxilində yükdaşımaların yerinə yetirilməsi üçün Silk Wayşirkətindən icarəyə götürülüb. Baqrandan (Əfqanıstan) Dvayerə gəlmiş təyyarə əlavə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) getməli idi. Təyyarədə yük olmayıb.

Təyyarədəki 9 nəfər heyət üzvündən 7-si həlak olub.

Mövzu ilə əlaqədar oxuyun:

AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

1news.az

Paylaş:
863

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər