Komitə sədri Yardımlıda vətəndaşlarla görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 27-də Yardımlı rayonunda vətəndaşları qəbul edəcək.
Komitədən 1news.az-a verilən məlumata görə, Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:
Cəlilabad rayonu üzrə - (02524) 5 54 76
Yardımlı rayonu üzrə - (02520) 6 24 93
Masallı rayonu üzrə - (02521) 5 48 67
Biləsuvar rayonu üzrə - (02529) 5 15 01
1news.az