Azərbaycanla Fələstin arasında diplomatik pasportu olan vətəndaşların viza tələbindən azad edilməsi barədə saziş imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Fələstin arasında diplomatik pasportu olan vətəndaşların viza tələbindən azad edilməsi barədə saziş imzalanıb

14:33 - 23 / 05 / 2016
Azərbaycanla Fələstin arasında diplomatik pasportu olan vətəndaşların viza tələbindən azad edilməsi barədə saziş imzalanıb

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 19 may 2016-cı il tarixində Fələstin dövlətinə səfər edib.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər zamanı o, Fələstin dövlətinin baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Fələstin dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.

1news.az

 

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər