Elmar Məmmədyarov: “Status-kvo” ciddi hərbi toqquşmalara gətirib çıxara bilər” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Status-kvo” ciddi hərbi toqquşmalara gətirib çıxara bilər”

16:18 - 23 / 05 / 2016
Elmar Məmmədyarov: “Status-kvo” ciddi hərbi toqquşmalara gətirib çıxara bilər”

“Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, “status kvo” etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır”.

1news.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib. 

E.Məmmədyarov qeyd edib ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər.

“Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar”la hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir”.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər