Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndə fəsadlar törədib - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndə fəsadlar törədib - YENİLƏNMƏ

20:35 - 23 / 05 / 2016
Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndə fəsadlar törədib -  YENİLƏNMƏ

Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndə fəsadlar törədib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, saat 17 radələrindən başlayaraq güclü külək və yağışla müşahidə edilən hava şəraiti Tovuzun bəzi kəndlərində fəsadlar törədib. Yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb.

Gədəbəydə də kartof sahələrinə güclü külək və qasırğa nəticəsində xeyli ziyan dəyib. Külək rayonda avtomobil məktəbinin dam örütüyünü uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib.

Daşkəsən rayonunda isə yağışla müşahidə olunan güclü qasırğa olub. Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektrik naqillərini qırıb. Bir ağac nəqliyyat vasitəsinin üzərinə aşıb və avtomobil yararsız hala düşüb.

Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb. Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü kənara atıb.

Hazırda hər üç rayonda təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir.

1news.az

19.15

Daşkəsən şəhərində fırtına olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, təxminən yarım saatdır şəhərdə güclü yağış yağır.

Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ziyan dəyib. Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda güclü külək davam edir.

Hazırda Gədəbəy rayonunda və Gəncə şəhərində də güclü külək əsir. Gəncənin Yeni Gəncə, Mahrısa, Bağbanlar qəsəbələri və şəhərin digər ərazilərində hava şəraitinə görə enerji verilişi dayandırılıb. Hazırda yağıntının azalmasına baxmayaraq, şimşək çaxır, külək əsir.

Bundan əlavə, Qazaxda da güclü yağış yağıb, ancaq ciddi fəsadlar baş verməyib.

1news.az

Paylaş:
969

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər