Səməd Seyidov: “AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanda amnistiya aktını təqdirəlayiq hesab edir” | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: “AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanda amnistiya aktını təqdirəlayiq hesab edir”

22:00 - 23 / 05 / 2016
Səməd Seyidov: “AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanda amnistiya aktını təqdirəlayiq hesab edir”

Parisdə AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. İclasın birinci iş günündə Azərbaycanla bağlı hazırlanan məruzə dinlənilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S.Seyidov bildirib ki, aprel ayında AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanda səfərdə olub. Bu gün Monitorinq Komitəsində həmin missiyanın ilkin məruzəsi dinlənilib.

Məruzədə ölkədə insan hüquqlarının vəziyyəti, xüsusilə də Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları, qeyri–hökumət təşkilatlarının normal şəraitdə fəaliyyət göstərməsi, Azərbaycanda gedən müsbət proseslər haqqında məlumatlar əksini tapıb.

İclasda aprel ayında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən danışılıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı faktı ilə bağlı fikirlər söylənilib və müzakirələr aparılıb. Müzakirələr zamanı Ermənistan nümayəndələrinin etirazlarına baxmayaraq, AŞPA Monitorinq Komitəsinin üzvləri, həmməruzəçilər, digər deputatlar bununla bağlı öz mövqelərini bildiriblər.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Seyidov Avropa Şurasının, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi sənədlərə istinad edərək Azərbaycan torpaqlarının işğalı faktını gündəmə gətirib, bu faktı sənədlərlə sübut edib.

Monitorinq Komitəsinin bu iclası həmişə Azərbaycana qarşı ciddi tənqidi mövqedə olan avropalı deputatların ölkəmizdəki proseslərə müsbət münasibətləri ilə yadda qalıb. Avropalı deputatlar Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin göz qabağında olan nəticələrinin təqdirəlayiq olduğunu bildiriblər.

S.Seyidov bir neçə gün əvvəl Milli Məclisdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May –Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin yekdilliklə qəbul olunduğunu vurğulayaraq, onun ümumilikdə 10 min məhkuma şamil ediləcəyini və onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyinin gözlənildiyini diqqətə çatdırıb.

Bu addım Monitorinq Komitəsinin bütün üzvləri tərəfindən təqdirəlayiq hesab olunub.

Monitorinq Komitəsinin həmməruzəçilərinin iyun ayında yenidən Azərbaycana gəlmələri ilə bağlı qərar qəbul edilib. Həmməruzəçilər nəticələri ləğv edilmiş 90 saylı seçki dairəsində keçiriləcək seçkiləri müşahidə etmək üçün Monitorinq Komitəsinin razılığını alıb.

İyun missiyası çərçivəsində həmməruzəçilərin dövlət rəsmləri ilə görüşləri də gözlənilir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ölkəmizdə görülən işlər, imzalanan fərmanlar, amnistiya təşəbbüsü, müsbət istiqamətdə atılan addımlar AŞPA-da ermənilər tərəfindən təşkil olunan və ölkəmizin imicinə ləkə yaxmaqdan ibarət antiazərbaycan kampaniyalarına ciddi cavabdır və bu kampaniyaya ağır zərbədir.

Monitorinq Komitəsinin iclasında S. Seyidov konkret sənədlər, broşürlər vasitəsi ilə də erməni kampaniyasının iç üzünü açıb göstərib. Komitənin üzvlərinə paylanan broşürlər qoşunların təmas xəttində dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən hədəfə alındığını bir daha sübut edib.

Monitorinq Komitəsində Azərbaycanla bağlı məruzənin ilkin variantı qəbul olunub. Növbəti səfər iki həmməruzəçi ölkəmizdə missiyada olacaq və müşahidə aparacaq. İkinci həmməruzəçi Monitorinq Komitəsinin sədridir.

Mövzu ilə əlaqədar oxuyun:

Mehriban Əliyeva: “Bir dəfə səhv edən şəxslərin bağışlanmağa haqqı var”

Milli Məclis Amnistiya aktını qəbul edib

1news.az

Paylaş:
744

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər