Oljas Süleymenov: “Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Oljas Süleymenov: “Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır”

22:38 - 23 / 05 / 2016
Oljas Süleymenov: “Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır”

“Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilk növbədə erməni xalqının həyatı və qonşu dövlətlərin əhalisi üçün ciddi təhlükə mənbəyidir. Ona görə də Ermənistan enerji əldə etmək üçün daha mütərəqqi vasitələrə müraciət etməli və yubanmadan bu atom elektrik stansiyasının istismarını dayandırmalıdır”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri görkəmli yazıçı və ictimai xadim, dünya miqyasında antinüvə hərəkatının öncüllərindən biri Oljas Süleymenov söyləyib.

O bildirib ki, öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dayandırmalıdır.

Oljas Süleymenov hazırda alternativ və təhlükəsiz enerji əldə etməyin daha müasir və mütərəqqi vasitələrinin olduğunu bildirib. “Belə təhlükəli şəkildə enerji əldə etmək metodları artıq keçmişdə qalıb. Biz bunun acı təcrübələrini görmüşük. Bilirik ki, bütün Avropanı belə bir təhlükə təhdid edib. Yaxud Yaponiya dərk etdi ki, atom stansiyaları bu ölkənin gələcəyini təhlükə altında saxlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2-si və ya 3-ü fəaliyyət göstərir. Nüvə stansiyaları, eyni zamanda, bütün dünya üçün bir təhlükədir. Sözsüz ki, belə stansiyalar bağlanmalıdır. Çünki Ermənistandakı stansiya çox köhnəlib, ilk növbədə, bu ölkənin öz əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Əlbəttə ki, qonşu ölkələrin, o cümlədən Azərbaycanın narahatlığı başadüşüləndir”, - deyə o əlavə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Süleymenov münaqişənin hələ də davam etməsindən təəssüfləndiyini, buna görə BMT başda olmaqla beynəlxalq təşkilatların üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib: “Baxmayaraq ki BMT bir neçə qətnaməsində bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və işğalçılar Azərbaycan ərazisindən çıxmalıdır, lakin nədənsə bu qərarların icrası reallaşdırılmır. Bu isə təbii ki, silah vasitəsilə ərazilərin azad olunmasını şərtləndirir və gördüyümüz kimi, arzuolunmaz nəticələrə səbəb olur. Hesab edirəm ki, BMT-nin üzərinə böyük məsuliyyət düşsə də, təşkilat missiyasını yerinə yetirmir. Aprel hadisələri bir daha göstərdi ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT qəbul etdiyi qərarların icrasına daha ciddi yanaşmalıdır”.

Oljas Süleymenov qeyd edib ki, tarix boyu üzləşdiyi çətinliklərə və müharibə vəziyyətinə baxmayaraq, müstəqilliyini möhkəmləndirərək sürətlə inkişaf etməsi Azərbaycanın düzgün yolda olmasından xəbər verir: “Mən ilk dəfə Azərbaycanda olanda Heydər Əliyevlə görüşdüm. Onu özümün müəllimim hesab edirəm. Həm sovetlər dönəmində, həm də 1990-cı illərdə o, Azərbaycan üçün çox işlər gördü. Sevinirəm ki, Prezident İlham Əliyev onun siyasətini davam etdirir. Bakı daha da gözəlləşib. Dünyada böhran yaşansa da, Azərbaycan müharibə vəziyyətində olsa da, ölkə getdikcə inkişaf edir. Mən doğma və əziz Azərbaycan xalqına bu yolda uğurlar arzu edirəm”.

1news.az

Paylaş:
678

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər