Əfqanıstanda təyyarə qəzasında ölən 3 nəfərin cəsədi ailələrinə təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfqanıstanda təyyarə qəzasında ölən 3 nəfərin cəsədi ailələrinə təhvil verilib

13:01 - 23 / 05 / 2016
Əfqanıstanda təyyarə qəzasında ölən 3 nəfərin cəsədi ailələrinə təhvil verilib

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən 3 azərbaycanlı heyət üzvünün cəsədi dünən səhər saatlarında ailələrinə təhvil verilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

O qeyd edib ki, ailələrinə təhvil verilən 3 nəfərin cəsədi yaxınları tərəfindən tanınıb:

“Digər 4 nəfərin (1 özbək, 1 ukraynalı, 2 azərbaycanlı) cəsədi birlikdədir. Ukrayna vətəndaşının yaxınları meyitlərə baxmayıblar. Yerdə qalanların yaxınları baxış keçiriblər. Lakin hələlik cəsədləri tanımaq mümkün olmayıb. Yaxınlarından qan nümunələri götürülüb və ötən həftənin şənbə günündən genetik ekspertiza aparılır. Meyitlərin hamısı tanınmaz halda olub. Sadəcə yaxınları cəsədləri təhvil verilən 3 nəfərin meyitini müəyyən əlamətlərinə görə tanıyıb”.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:

1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü

2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil-qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Mövzu ilə əlaqədar oxuyun:

AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər