Edelqard Bulman: “Biz hər iki tərəfi atəşkəs razılaşmasına əməl etməyə çağırırıq "
Almaniya parlamenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyini dəstəkləyir.
1news.az “news.am” saytına istinadən xəbər verir ki, bunu Bundestaqın sədr müavini Edelqard Bulman ermənistanlı həmkarı Eduard Şarmazanovla keçirdiyi brifinqdə deyib. O bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: “Ona görə də biz hər iki tərəfi atəşkəs razılaşmasına əməl etməyə çağırırıq. Atəşin dayandırılması ilə bağlı yeni razılaşmanın danışıqların yenilənməsi üçün əsas olacağına ümid edirik. Bunun əsasında isə fundamental prinsiplər dayanacaq. Almaniya müsbət dinamikanın olmasını çox istəyir. Xarici işlər naziri Frank Valter Ştaynmayer regionda sülhün yaranması üçün şəxsən çalışır”.
1news.az
484