Sumqayıtda çoxmərtəbəli binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub

09:15 - 24 / 05 / 2016
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub

Sumqayıt şəhərində çoxmərtəbəli binaların birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə  istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər