İranın ali rəhbərinin nümayəndəsi: “Azərbaycanın işğal olunan torpaqları qaytarılmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

İranın ali rəhbərinin nümayəndəsi: “Azərbaycanın işğal olunan torpaqları qaytarılmalıdır”

10:31 - 24 / 05 / 2016
İranın ali rəhbərinin nümayəndəsi: “Azərbaycanın işğal olunan torpaqları qaytarılmalıdır”

Təbriz şəhərində səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də İranın ali həhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşüb.

1news.az-ın məlumatına görə, bu gün dünyada baş verən münaqişələrin multikulturalizm ideyalarını aktuallaşdırdığını deyən M.Qurbanlı 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini bildirməklə yanaşı qeyd edib ki, Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir:

“Təəssüf ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir. Silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır”.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərin möhkəmlənməsini diqqət mərkəzində saxlayırdı. Azərbaycan xalqının mənəvi dəyərləri İslam dini üzərində formalaşıb. Uzun müddət Sovet İttifaqının ateizmi təbliğ etməsinə baxmayaraq, xalqımız dini dəyərlərini unutmayıb.

İslam dininin Azərbaycan xalqının dünyagörüşündə mühüm yeri olduğunu deyən Komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə cəmi 17 məscid var idi. Bu gün isə Azərbaycanda məscidlərin sayı 2050-yə çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər. Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır.

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb.

Qeyd edilib ki, gənclərin düzgün yönləndirilməsi onların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilər. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Ayətullah Şəbüstəri qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu bildirib.

Görüşdə dini sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
350

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər