Azərbaycanın Misirdəki səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib
Mayın 23-də Azərbaycanın Misirdəki səfiri Tural Rzayev etimadnaməsini bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisiyə təqdim edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, söhbət zamanı səfir Azərbaycanın qədim dövlət ənənələrinə malik olduğunu, Şərqdə ilk respublika olduğunu, müstəqil siyasət yürütdüyünü, regionun aparıcı və güclü dövlətinə çevrildiyini vurğulayıb.
O, əsas missiyasının Misir və Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduğunu bildirib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Misir prezidenti Əbdülfəttah əs-Sisiyə çatdırıb. Misir prezidenti öz növbəsində salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, Misirin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Prezident Əbdülfəttah əs-Sisi səfirə fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Misirin xarici işlər naziri, Prezident Aparatının məsul şəxsləri iştirak ediblər.
Səfir T.Rzayev Prezident Aparatındakı fəxri qonaq kitabını imzalayıb.
1news.az