Bakıda yağış yağacaq, xəzri küləyi əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış yağacaq, xəzri küləyi əsəcək

12:51 - 24 / 05 / 2016
Bakıda yağış yağacaq, xəzri küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 25-də şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə  intensiv olacağı, axşam isə havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, mayın 26-27-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər