Bir sıra ölkələrin prezident və dövlət xadimləri İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Bir sıra ölkələrin prezident və dövlət xadimləri İlham Əliyevə təbrik məktubu göndərib

15:44 - 25 / 05 / 2016
Bir sıra ölkələrin prezident və dövlət xadimləri İlham Əliyevə təbrik məktubu göndərib

Çili Respublikasının prezidenti Mişel Baçelet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Çili xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqınıza və ölkənizə rifah və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Çili Respublikası və Azərbaycan Respublikası arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsini arzulayır, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir və bir daha Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm.”.

Bundan əlavə, İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib:

“Hörmətli Prezident,

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir!”

1news.az

Paylaş:
533

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər