Gürcüstan, Azərbaycan və Türkiyə hərbi təlimlər keçirməyi planlaşdırır | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan, Azərbaycan və Türkiyə hərbi təlimlər keçirməyi planlaşdırır

15:49 - 25 / 05 / 2016
Gürcüstan, Azərbaycan və Türkiyə hərbi təlimlər keçirməyi planlaşdırır

Gürcüstan, Azərbaycan və Türkiyə gələn ilin yayında hərbi təlim keçirməyi planlaşdırır.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze deyib.

Təlimlərin Gürcüstan ərazisində keçiriləcəyini bildirən V.Kapanadze tarixlə bağlı dəyişikliklərin ola biləcəyini istisna etməyib:

“Təlimlər genişmiqyaslı olacaq. Ən əsası bu təlimlərdə terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik məsələləri yer alacaq”.

1news.az

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər