Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Çeçenistanda ikitərəfli görüşlər keçirib - FOTO
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çeçenistanın paytaxtı Qroznıda keçirilən VII yüksəkrütbəli namayəndələrin təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq görüşündə iştirak edib.
Tədbir çərçivəsində Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla da görüşü olub.
1news.az-ın Grozny.tv-yə istinadla verdiyi xəbərə görə, Ramiz Mehdiyev görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çeçenistan rəhbərinə çatdırıb. Azərbaycan və Çeçenistan xalqlarının həmişə bir-birilərinə dost olduqlarını qeyd edib. O, həmçinin münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Ramzan Kadırov öz növbəsində qeyd edib ki, dünyada hazırkı vəziyyətdə əsas məsələ bütün ölkələrin öz səylərini terrorçuluğa qarşı birləşdirməsi, eyni zamanda ikili standartlar siyasətinin bir kənara atılmasıdır. Bəşəriyyətə qarşı cinayətlər işıqlandırılmalı və eyni dərəcədə mühakimə olunmalıdır.
Bundan başqa, tərəflər iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
RİA Novosti-nin məlumatına görə, N.Patruşevlə danışıqlar zamanı MDB dövlətləri çərçivəsində qarşılıqlı məsələlər, həmçinin beynəlxalq və regional təhlükəsizlik müzakirə olunub.
1news.az